Aktiv Vakansiyalar
Yanğın sistemləri üzrə mühəndis
İşin təsviri:
- Yanğın siqnalizasiya sisteminin quraşdırılması və proqramlaşdırılması;
- Yanğın xəbərverici sistemlərinin quraşdırılması, təmiri və servisi (tüstü və isti detektorları, yanğın nəzarət panelləri və s.)
Tələblər:
- Müvafiq sahədə təhsil və iş təcrübəsi mütləqdir;
- Müştərilərlə səmimi, gülərüz və peşəkar ünsiyyət qurma bacarığı;
- İşinə ciddi yanaşan, dəqiq və nizamlı işləmə bacarığı.
İş şəraiti:
Saat 09:00 – 18:00
Əmək haqqı 800 azn+bonus
Tələblərə uyğun gələn namizədlər “Yanğın sistemlər üzrə mühəndis” başlığı qeyd edərək +994709110078 Whatsapp nömrəsinə CV göndərə bilərlər.
Ünvan: Nərimanov rayonu, Ziya Bünyadov 19/69
Texnik köməkçisi vakansiyası
İşin təsviri
- Havalandırma borularının açılması, təmizlənməsi, quraşdırılması (baş texnikin nəzarəti altında);
- Bacaların, şaxtaların, su hövzələrinin, hovuzların təmizliyi;
Tələblər
- Yaş 18-40
- Drel, kəlbətin istifadə etmə bacarığı olan;
- Nərdivana çıxıb düşmək;
- Təcrübə tələb olunmur;
İş şəraiti
- Aylıq gəlir 650 AZN
- 6 günlük iş rejimi, 1 gün istirahət;
- Gecə növbəsi (22:00-08:00)
Uğurlu və bacarıqlı əməkdaşlara əlavə bonus və gələcəkdə maaş və vəzifə artımı təklif oluna bilər.
Maraqlanan namizədlər CV-lərini +994709110078 nömrəsinə “Texnik köməkçisi” başlığını qeyd edərək göndərə bilərlər.
Texnik köməkçisi (gecə növbəsi)
İşin təsviri:
- Havalandırma borularının açılması, təmizlənməsi, quraşdırılması (baş texnikin nəzarəti altında);
- Bacaların, şaxtaların, su anbarlarının, hovuzların təmizlənməsi;
Tələblər:
- Yaş 18-40
- Drel, kəlbətin istifadə etmə bacarığı;
- Nərdivana çıxıb düşmək;
Dezinfektor vakansiyası (Qarabağ)
İş barədə məlumat:
- Xüsusi maşın və avadanlıqların köməyi ilə dezinfeksiya, dezinseksiya və deratizasiya edilməsi;
- İş açıq və qapalı ərazilərdə yerinə yetirilir;
- Gündə 3 dəfə qidalanma və qalacaq yer şirkət tərəfindən təmin olunacaq.
- İşçi forması şirkət tərəfindən ödənişsiz təmin olunur;
- Mövsümi işdir. İyun – sentyabr ayları ərzində Qarabağda işləyəcək.
- Əmək haqqı: 550 azn + ezam pulu.
- İş vaxtı: 1-6 gün (08:00-17:00);
Namizədə tələblər
- Müştərilərlə işləmək və ünsiyyət qura bilmək bacarığı;
- Fiziki cəhətdən sağlam olmalı;
- Qeyd: Təlim müddəti 3 gün olacaqdır. Bu müddətə iş prosesi öyrədiləcəkdir. Nahar yeməyinin ödənişi şirkət tərəfindən təmin olunacaqdır.
Tələblərə uyğun gələn namizədlər “Dezinfektor” başlığı ilə +994709110078 Whatsapp nömrəsinə CV göndərə bilər.
Ünvan: Nərimanov rayonu, Ziya Bünyadov 19/69
Dezinfektor vakansiyası
İş barədə məlumat:
- Xüsusi maşın və avadanlıqların köməyi ilə dezinfeksiya, dezenseksiya və deratizasiya edilməsi;
- İş açıq və qapalı ərazilərdə yerinə yetirilir;
- İşçi forması şirkət tərəfindən ödənişsiz təmin olunur;
- Əmək haqqı : 450 azn+nahar pulu.
- İş vaxtı: 1-6 gün (08:00-17:00);
Namizədə tələblər:
- Müştərilərlə işləmək və ünsiyyət qura bilmək bacarığı;
- Fiziki cəhətdən sağlam olmalı;
- Bakıxanov və ətraf ərazilərdə yaşayanlara üstünlük veriləcək.
- Qeyd: Təlim müddəti 3 gün olacaqdır. Bu müddətdə iş prosesi öyrədiləcəkdir. Nahar yeməyinin ödənişi şirkət tərəfindən təmin olunacaqdır.
Tələblərə uyğun gələn namizədlər “Dezinfektor” başlığı ilə +994709110078 Whatsapp nömrəsinə CV göndərə bilər.
Ünvan: Nərimanov rayonu, Ziya Bünyadov 19/69