Fəvvarə təmizliyi admin Temmuz 6, 2025

Fəvvarə təmizliyi

Fəvvarələr (fontanlar) şəhər parklarının, restoranların və digər obyektlərin həyətinin estetik simvoludur. Lakin bu dekorativ su qurğularının uzunömürlü və sağlam qalması üçün müntəzəm fəvvarə təmizliyi vacibdir. Təmizlənməyən fontanlar həm estetik cəhətdən görünüşünü itirir, həm də zərərli mikroorqanizmlərin çoxalmasına səbəb olur.

Fəvvarə təmzilənməsi niyə vacibdir?

Fəvvarələr açıq ərazilərdə olduğu üçün burada küləyin gətirdiyi hər şey suyun içərisinə düşə bilir.

Fəvvarələrin içərisindəki su, zamanla yosun, kir, toz, yarpaq və digər tullantılarla çirklənə bilir. Bu çirklər nasos sistemini sıradan çıxara, su axınını zəiflədə və qoxuların yaranmasına səbəb ola bilər.

Bundan əlavə, çirkli su tərkibində bakteriya və həşəratlar üçün əlverişli mühit yaradır. Fəvvarələrin ətrafında nəinki istirahət etmək, hətta oturmaq mümkün olmur. Fəvvarələrdə sular təmizlənmədiyi halda ətrafda antisanitar vəziyyət yaranır. Pis qoxu yayılır. Çirkli suya zərərverici həşəratlar toplaşır. Ağcaqanadlar istirahət edən insanları narahat edir. Bunlar da insan sağlamlığı üçün təhlükəlidir.

Fəvvarənin təmizlik qaydası

  1. Suyun boşaldılması: Təmizlik prosesinə başlamazdan əvvəl fəvvarədəki su tamamilə boşaldılmalıdır.
  • Səthlərin yuyulması: Fəvvarənin səthi təzyiqli su və uyğun təmizləyici maddələrlə yuyulmalıdır.
  • Yosunlara qarşı tədbir: Yosunların qarşısını almaq üçün xüsusi vasitələrdən istifadə edilə bilər.
  • Nasos və filtr sistemi yoxlanılmalı və təmizlənməlidir.
  • Lazım gəldikdə suyun dövriyyəsini təmin edən sistemlərə texniki baxış keçirilir.
  • Təkrar su ilə doldurma: Təmizlikdən sonra fontan təmiz və filtrasiya olunmuş su ilə doldurulmalıdır.

Fəvvarə təmizliyi neçə müddətdən bir aparılmalıdır?

Havadan və fəvvarənin yerləşdiyi ərazidən asılı olaraq ayda 1 dəfə texniki baxış və təmizlik tövsiyə olunur. Yay aylarında daha tez-tez təmizlənməsi tövsiyə edilir, çünki temperaturun yüksəlməsi yosunların sürətlə yayılmasına səbəb olur.

Fəvvarə təmizliyi xidməti üçün müraciət edin

Fəvvarə təmizliyi xidmətləri, həm dekorativ görünüşü qorumağa, həm də texniki sistemlərin ömrünü uzatmağa kömək edir. Əgər fontanınızın uzunömürlü və sağlam qalmasını istəyirsinizsə, peşəkar fəvvarə təmizliyi xidmətinə müraciət edin.

FMS Service fəvvarələrin ən yüksək səviyyədə təmizliyini həyata keçirir. Bizə müraciət etməklə bağlarınızın, obyektlərinizin dekorativ görünüşünə daha da gözəllik qatmış olarsınız.

Write a comment
Your email address will not be published. Required fields are marked *