Su anbarı təmizlənməzsə, nələr baş verir? admin Temmuz 2, 2025

Su anbarı təmizlənməzsə, nələr baş verir?

su anbarı təmizliyi

Su anbarları evlərdə, müəssisələrdə və sənaye obyektlərində içməli və texniki suyun saxlanılması üçün istifadə olunur.
Tez-tez krandan gələn suyun lilli olduğunu görübsünüz. Buna səbəb su anbarının çirkli olmasıdır. Zamanla anbarlara çöküntü, palçıq, yosun və mikroorqanizmlər toplanır. Suya dəmir boruların pası da qarışır. Bu da içməli suyun zəhərlənməsinə və ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Həmçinin, anbar divarlarında yosun və palçıq qatının yaranması suyun dadını və iyini dəyişə bilər.
Eləcə də çirk nasosları sıradan çıxarır və boruları tıxayır. Mənzillərdə su ilə çalışan – paltaryuyan, qabyuyan, su qızdırıcı kimi məişət texnikasının və su borularının daxili səthlərinə kirəc yığılıraq keyfiyyətli çalışmasına əngəl olur və sıradan çıxarır.
Bu səbəbdən su anbarının müntəzəm təmizliyi həm sağlamlıq, həm də avadanlıqların uzunömürlülüyü baxımından son dərəcə vacibdir.

Çirkli su anbarının səbəb olduğu təhlükəli xəstəliklər

Aşağıda çirkli su anbarlarından keçə biləcək əsas xəstəliklər qeyd olunub:
Tifo qızdırması (yüksək hərarət, qarın ağrısı, halsızlıq, ishal və ya qəbizlik kimi əlamətlər), dizenteriya (qanlı və selikli ishal, qarın ağrısı, yüksək hərarət və s.), hepatit A və E (zəiflik, sarılıq, iştahsızlıq, ürəkbulanma), qurd xəstəlikləri (qarın ağrısı, arıqlama, qidalanma pozğunluğu), leptospiroz (hərarət, əzələ ağrısı, baş ağrısı, qaraciyər zədələnməsi), xolera (sulu və çox tez-tez ishal, susuzlaşma, ölümcül ola bilər), norovirus və rotavirus infeksiyaları (qusma, ishal, qarın ağrısı – xüsusilə uşaqlarda yaygındır)

Təmizlik necə aparılmalıdır?

Write a comment
Your email address will not be published. Required fields are marked *