Haqqımızda admin Nisan 18, 2025

Haqqımızda

Facility Management Service MMC inzibati binaların idarə olunması xidmətini həyata keçirir.

Şirkətimizin fəaliyyət missiyası ekologiyaya, insan sağlamlığına, müəssisələrə, şəxsi mülkiyyətə, biznesə, iqtisadiyyatın müxtəlif sahələrinə ciddi ziyan vura biləcək amillərin vaxtında qarşısını almaqdır.

Peşəkar komandamız evlərdə, mənzillərdə, xidmət və iaşə obyektlərində quraşdırılma, servis və təmizlik işləri (müxtəlif növ baca, qazanxana, havalandırma sistemlərinin quraşdırılması, servisi və təmizliyi, kafel, metlax, kovrolit, matras, yumşaq mebel, fasad şüşə, navalça təmizliyi, su anbarları və hovuz təmizliyi, təxliyə planının hazırlanması, yanğın xəbərverici siqnalizasiyalarının quraşdırılması və servisi) həyata keçirir.

Lesenziya əsasında fəaliyyət göstərən şirkətimiz həmçinin  bir sıra sertifikatlara da malikdir. Fəaliyyətimizi xüsusi hazırlığa malik peşəkar əməkdaşlarımızla, müasir texnologiyalardan və məhsullardan istifadə etməklə həyata keçiririk. Məhsul və avadanlıqlarımız sertifikatlaşdırılıb. Türkiyə, Avropa, Almaniya, Polşa, Rusiya və Səudiyyə Ərəbistanı istehsalıdır.

Texniki imkanlarımız istənilən çətin şəraitdə işləməyə imkan verir.

Şirkətimiz ölkənin hər yerində fəaliyyət göstərir.
Müştəri məmnuniyyəti bizim üçün önəmlidir. Buna görə də 7/24 xidmət göstəririk.
Xidmətimizin vaxtını müştərilərə uyğun təyin edirik.

Şirkətimizin əməkdaşlıq etdiyi müəssisələr:
  • Qazax Rayon Mərkəzi Xəstəxanası
  • Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti
  • Azərbaycan Dövlət Aqrar Universiteti
  • Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi
  • Beynəlxalq Muğam Mərkəzi
pasa-bank
Maliyye-Nazirliyi
DOST_logo
Socar_logo-1024x335